HAQQIMIZDA

"Modern Construction" MMC layihələrin uyğun istiqamət üzrə icrası, idarə olunması, satınalma və tikintiyə qədər infrastruktur obyektlərin tikintisinin və mürəkkəb proseslərinin idarə edilməsində ixtisaslaşan tam dövrəli tikinti şirkətidir. 2017-ci ildə qurulduğu gündən etibarən "Modern Construction" MMC yerli layihələr üçün peşəkar xidmətlərini göstərir. Şirkətimiz tam müştəri xidməti, loyallıq və layihələrin tam ideal şəkildə yekunlaşmasını 100%-lik nəticə ilə təmin edir. "Modern Construction" MMC yüksək keyfiyyətli və büdcəyə uyğun, təhlükəsiz şəkildə layihələrin çatdırılmasına kömək edən təcrübəyə, peşəkar xüsusi işçi heyətinə, tikinti avadanlığına və dəfələrlə özünü doğrultmuş sistemə malikdir.
Polad habelə dəmir-beton konstruksiyalardan və çınqıl, səki, beton, bitumlu yollar və əlaqədar drenaj konstruksiyalarından tutmuş yol tikintisinə qədər geniş çeşiddə mülki və konstruktiv tikinti layihələrini sizlərə təklif edir. Şirkətimiz həm hündürmərtəbəli, həm də azmərtəbəli yaşayış binaları, ticarət binaları və inzibati binaların inşası olmaqla tikinti sənayesində geniş təcrübəyə malikdir.

12 Najafgulu Rafiyev str., Khatai dist., Baku, Azerbaijan